Bazar ertəsi, 12 May, 2025

Marketinq direktoru vakansiyası


  • Dərc edildi: 22 Noyabr, 2023 - 13:21
Marketinq direktoru vakansiyası

Marketinq komandamıza direktor axtarırıq  

Namizədə tələblər:
-  İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
-  Müvafiq sahə üzrə 5 il peşəkar iş təcrübəsi
-  Marketinqin əsas prinsiplərini yaxşı bilmək, xüsusən dijital marketinq sahəsində geniş təcrübə
-  Azərbaycan dilini səlis bilməli, İngilis dili yüksək;
-  Komandanın idarəedilməsində təcrübə
-  Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
-  Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Vəzifə öhdəlikləri:
-  Müştərilərin ehtiyacları əsasında marketinq planlarının və strategiyalarının yaradılması;
-  Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək;
- Turizm xidmətlərin satışının artırılması istiqamətində yeni kampaniyalar hazırlamaq və icrasını təşkil etmək, eyni zamanda marketinq kampaniyalarında istifadə oluna biləcək mövcud yenilikləri tədqiq etmək;
- Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;

- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Aylıq,illik hədəflərə çatmaq və liderliyi qoruyub saxlamaq;
- Hədəf auditoriyanı müəyyən etmək və onları cəlb edən, məlumatlandıran rəqəmsal kampaniyalar  hazırlamaq;
- Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt etmək

İş barədə məlumat: 
-       İş günləri : Həftənin 5 iş günü tam
-       İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək 
-       Əmək haqqı: 2500-3000 AZN 
-       Ünvan: Altes plaza 20-ci mərtəbə, Baku Holiday Travel

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq direktoru”   qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 25
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 335
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 766
BANM-da “Açıq qapı” ...