Cümə axşamı, 21 Avqust, 2025

"Gənc İnnovatorlar" startap yarışı həyata keçiriləcək


  • Dərc edildi: 22 Noyabr, 2023 - 13:11
"Gənc İnnovatorlar" startap yarışı həyata keçiriləcək

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı, “Bir Könüllü” Tələbə Təşkilatının və "Huawei" şirkətinin dəstəyilə cari ilin 7 dekabr tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc İnnovatorlar" startap yarışı həyata keçiriləcək. 

Yarışın keçirilməsində məqsəd bu sahəyə marağı və istedadı olan gəncləri bir araya gətirərək müəyyən problemlər üçün yeni həllərin tapılması və tələbələr arasında uğurlu şəbəkələşmənin təmin olunmasıdır.

Yarışa qoşulma şərtləri, prioritet istiqamətlər barədə ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı keçidə daxil olun:

 https://forms.gle/mRzmAvUSm4Sig31C7

Müraciət üçün son tarix: 30 noyabr 2023-cü il, saat 18:00.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 29
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 228
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...