AHAU ilə “AzInTelecom” MMC arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək Təqaüd proqramına müraciəti açıq elan edilir

Əziz tələbələr!

AHAU ilə “AzInTelecom” MMC arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək Təqaüd proqramına müraciəti açıq elan edirik!

Sözügedən təqaüd proqramı vasitəsilə hər ay 200 avro məbləğində təqaüd qazanmaq şansı əldə edəcəksiniz.

Təqaüd proqramı aşağıda qeyd olunan ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələrə şamil olunur:

Macarıstanda təhsil alan magistr tələbələri (həmçinin magistr təhsilinə 2023-cü ildə başlayan tələbələr)

İnformasiya Texnologiyaları (Sistem inzibatçılığı, Şəbəkə mühəndisliyi)

İnformasiya Təhlükəsizliyi (Kibertəhlükəsizlik, İnformasiya təhlükəsizliyində süni intellekt sistemləri, Naqilsiz və naqilli şəbəkələrdə təhlükəsizliyin idarə edilməsi)

Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi)

Proqramlaşdırma (Data analitika və Rəqəmsal həllər)

Seçimlər AHAU İdarə Heyəti üzvləri və “AzInTelecom” MMC-nin müvafiq sahə üzrə ekspertlərinin birgə iştirakı ilə onlayn müsahibə əsasında aparılacaqdır.

Müsahibələrdə kriteriyalara uyğun gələn və seçilən ən yaxşı 2 tələbəyə 1 semestr ərzində 200 avro məbləğində təqaüd təyin ediləcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrdə uğur qazana bilməyən tələbələrin “AzInTelecom” MMC-də təcrübə proqramlarında iştirakının təmin edilməsi üçün müvafiq addımlar atılacaqdır.

Qeyd edək ki, bu Təqaüd proqramı hər yeni tədris ilinə şamil olunur, habelə proqramın qaliblərinə təhsillərini başa vurduqdan sonra “AzIntelecom” MMC tərəfindən işlə təmin olunmaqla bağlı müvafiq dəstək göstəriləcəkdir.

Seçim kriteriyalarına uyğun gələn tələbələr CV və motivasiya məktubunu [email protected] ünvanına “Təqaüd Proqramı_Ad_Soyad “ başlığı ilə göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.09.2023



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az