Div Academy-də Project Management təcrübə proqramı

"Div Academy-də Project Management təcrübə proqramı"

Layihələrin idarə olunmasını Div Academy-də tətbiq edərək öyrənmə şansı !

"Div Academy" project management sahəsində əvəzolunmaz karyera qurmaq istəyən gənclər üçün könüllülük proqramını elan edir. Proqramı uğurla bitirən namizədlər əməkdaş olaraq işə qəbul olunma şansı əldə edir. Proqramın sonunda hər bir iştirakçı sertifikatla təmin olunur. 3 aylıq, yalnız real təcrübələrə əsaslanan proqramda aşağıdakı proseslər öyrənilir 

Təcrübə proqramı barədə məlumat:

- İnnovasiyalar sahəsində fəaliyyət göstərən şirkətdə layihələrin idarə olunması (öyrədiləcək)

- CRM sistemlərlə layihənin idarə olunması (öyrədiləcək)

- Komanda ilə "inhouse" və "remote" işləmə (öyrədiləcək)

- Deadline-lar ilə işləmə

- Rəqəmsal alətlərin köməyi ilə biznesin avtomatlaşdırılmasında iştirak

- Marketinq kommunikasiyaları əsaslı tədbirlərdə prosesin idarəolunması

- Layihələrin sənədləşmə proseslərinin idarə olunması

- Startup və İnnovasiya yönümlü tədbirlərin təşkilatçılığında iştirak

- Əlaqəli müəssisələr ilə koordinasiyanın davamlılığını təmin etmək

 
 

Şərtlər:

- Elmlər m. yaxınlığında innovativ mühitli mərkəz

- Proqram saatları:  10:00-dan 18:00-dək (həftədə 6 gün)

- Proqram müddəti: 3 ay

- Yekunda işlə təmin olunma şansı

  
 

Müraciət mütləq VİDEO formatında olmalıdır:

- Özünüz haqda maksimum 2 dəqiqəlik qısa video çəkin;

- Videonu [email protected] ünvanına VƏ YAXUD +99470 254 96 00 whatsapp xəttinə "PM intern video müraciət" başlığı ilə göndərin.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az