Əziz xanımlar ÖDƏNİŞSİZ "LadyLeaders" layihəsində iştirak etmək istərdinizmi?

Dəyərli Gələcəyin *Lider* qızları,

 

Karyeranızın ilk addımlarını atdığınız bu həyəcanlı dövrdə sizə dəstək olmaq və potensialınızı maksimum dərəcədə artırmaq üçün *LadyLeaders* layihəsində iştirak etmək istərdinizmi?

 

LadyLeaders ali təhsili davam edən *tələbə və ya yeni məzun qızların* karyera və şəxsi inkişaf inkişafına yönəlmiş layihədir. Bu layihə sizi öz karyera yolunuzu müəyyənləşdirməyə, güclü tərəflərinizi kəşf etməyə, hədəflərinizə çatmaq üçün lazımi addımlar atmağa və boş vaxtlarınızı daha səmərəli keçirəcək fəaliyyətlərə təşviq edir. 

 

Əgər siz də:

_1. regionlarda yaşayıb lakin Bakıda təhsil alırsınızsa (qeyd: yay aylarında Bakıda olmağınız mütləqdir)_

_2. Bakı və Bakı ətrafında yaşayıb müxtəlif resurslara əlçatanlığınız nisbətən məhduddursa_

Bu layihə sizə əla fürsətlər təklif edə bilər

 

Fəaliyyətlər ay ərzində maksimum *2 dəfə həftəsonları* keçiriləcək.

 

Biz sizə nə təklif edirik: 

✔️ *Mentorluq proqramı:* İnkişafınız üçün sizə yol göstərəcək mütəxəssis dəstəyidir.

✔️ *Təlim və inkişaf imkanları:* Karyeranızı formalaşdıracaq bacarıqları əldə etmək üçün interaktiv təlim və seminarlar.

✔️ *Şəbəkələşmə:* Sağlam inkişaf mühiti və oxşar məqsədli insanlarla yeni tanışılıqlar

✔️ *Layihənin sonunda sertifikat:* İştirakınızı və nailiyyətlərinizi sənədləşdirərək CV-nizi gücləndirəcək beynəlxalq sertifikat

 

Sizdən nə gözləyirik:

*Aktiv iştirak və davamlılıq:* Layihədə iştirak edərək enerjinizi və ideyalarınızı paylaşın, davamlılığı qoruyun

*Özünə inam və əzmkarlıq:* Karyera məqsədlərinə çatmaq üçün qətiyyətlə çalışın və özünüzə inanın.

*Açıq fikirli olmaq:* Yeni fikirlərə və təcrübələrə açıq olun, karyeranızı formalaşdıracaq yeni perspektivlər kəşf edin.

 

Gələcəyin liderləri arasında olmaq və karyeranızda dəyişiklik etmək istəyirsinizsə, *LadyLeaders* layihəsinə müraciət edin və arzularınıza bir addım yaxınlaşın!

 

Müraciət üçün son tarix: _23 may_

Qeydiyyat linki: https://forms.gle/VschQAV2Ai8bYPCK8

 

Suallarınız üçün: Aysel Xəyyam (+994 55 590 89 07) əlaqə saxlaya bilərsiniz

_Gələcəyinizi işıqlandırmaq üçün indi addım atın!_


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az