Vəzifə: Maliyyə Direktoru
Şirkətimizin fəaliyyətinin genişləndirilməsindən irəli gələrək, komandamızda maliyyə sisteminə rəhbərlik edə biləcək, CFO olaraq maliyyə və risklərin idarə edilməsi əməliyyatlarına cavabdeh ola biləcək liderə ehtiyac yaranıb.
Peşəkar komandamıza qoşulmaq üçün Maliyyə Direktoru vəzifəsinə maliyyə göstəricilərini düzgün təhlil edə bilən, aydın planlaşdırılmış strateji qərarlar qəbul edən, liderlik qabiliyyətinə, innovativ düşüncəyə, riskləri müəyyənləşdirmə və bütövlükdə şirkətin səmərəliliyini artırmaq bacarığına malik olan təcrübəli şəxsləri əməkdaşlığa dəvət edirik.
Tələb olunan bacarıq və keyfiyyətlər:
- Ali maliyyə və ya iqtisadi təhsil
- Ən azı 5 il peşəkar iş təcrübə
- Müəssisənin maliyyə fəaliyyəti sahəsində qanunvericilik aktları
- Müəssisənin fəaliyyətinin təşkili prinsiplərini
- Büdcənin tərtibi qaydası
- Maliyyə alətləri sistemi
- Kapitalın idarə edilməsi prinsipləri
- Aktivlərin, gəlirliliyin, risklərin qiymətləndirilməsi üsulları
- Şirkət üçün kreditlərin verilməsi və investisiyaların cəlb edilməsi qaydası
- Resursların bölüşdürülməsi metodologiyası
- Pul vəsaitlərinin hərəkətinə, gəlir və xərclərə nəzarət qaydalarını
- Vergi qanunvericiliyinin tələbləri
- Mühasibat uçotu
- Maliyyə uçotu standartları
- Maliyyə hesabat formaları
Vəzifə öhdəlikləri:
- Şirkətin resurslarının idarə edilməsinin təşkili
- Maliyyə axını
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb