“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində layihə rəhbəri Gülnarə Babayeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, Quba rayonu Küçeyi kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru İlqar İsayev, Quba rayonu Pirvahid kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elmar Hüseynov, idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi valideyn və müəllimlərə uşaqlara qarşı düzgün yanaşma üsullarının aşılanması və bu istiqamətdə peşəkar formada təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində müəllim və valideyn ictimaiyyəti üçün təlimlər təşkil olunacaqdır. Təlimlər yekunlaşdıqdan sonra valideynlərlə müəllimlər birgə şəkildə şagirdlər üçün seminarlar təşkil edəcəklər. Bu seminarlar 5 valideynin və 5 müəllimin birgə əməkdaşlığı ilə baş tutacaqdır. Belə ki, 5 gün ərzində hər gün 1 valideyn 1 müəllim ilə birgə sərbəst seçim ilə uşaqlar üçün maarifləndirici seminarlar təşkil edəcəklər. Bu seminarların əsas mövzusu uşaqların cəmiyyətdə düzgün davranışları, qısnama, ünsiyyət qurma bacarığı və s. əhatə edəcəkdir. Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur