Vakansiya növü: Tam-ştat
Qrafik: Həftəiçi 5 gün (08:30-17:30)
İş barədə məlumat:
- Müəssisənin maliyyə-iqtisadi fəaliyyətini həyata keçirmək, vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri və əməliyyatların düzgünlüyünə nəzarət etmək, maliyyə proqnozlarını hazırlamaq və icrasını təmin etmək;
- Müəssisənin mühasibat uçotunu təşkil etmək, dəqiq hesabatların və maliyyə sənədlərinin hazırlanmasını təmin etmək və beynəlxalq standartlara uyğun aparılmasını həyata keçirmək;
- Əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına nəzarət etmək;
- İşçilərin əmək haqqı, ezamiyyə və digər ödənişlərinin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
- Müəssisənin maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsinə dəstək vermək;
- Büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Müəssisəyə daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun və digər aktiv və passivlərinin (o cümlədən, debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s.) uçotunu və hesabatını təmin etmək;
- Kreditor və debitor hesablarının dəqiq qeydiyyatını aparmaq, üzləşmələrin vaxtında və düzgün aparılmasını təmin etmək;
- Material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;
- Müəssisədə inventarizasiyanı təşkil etmək, müəssisənin əmlakının qiymətləndirilməsini və istifadəsinin səmərəliliyini təmin etmək;
- Əmlakın idarə olunması ilə bağlı qurumlarla yazışmalar aparmaq və bu sahədə aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;
- Müəssisənin satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək, təchizatçılarla hesablaşmaları idarə etmək və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
- Satınalma əməliyyatlarının maliyyə analizini aparmaq, müqavilələrin icrasını izləmək və müvafiq sənədləşməni təmin etmək;
- Müəssisənin ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;
- Müəssisənin xərclər smetasını hazırlamaq və icrasını izləmək;
- Müəssisənin investisiya qoyuluşu proqnozlarını hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;
- Müəssisənin vergi risklərini hesablamaq, onları azaltmaq üçün təkliflər vermək və rəhbərliyə vaxtında hesabat təqdim etmək;
- ƏDV, Mənfəət, Əmlak Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi (Mükəlləfiyyətə uyğun bütün öhdəliklərin vaxtında icrası);
- Hər hesabat dövrünün yekunları ilə əlaqədar məlumatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
- 1C mühasibat proqramını yüksək səviyyədə istifadə edərək maliyyə əməliyyatlarını idarə etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, məsələlərin həllini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili / (rus və ingilis dili bilikləri arzu olunandır.);
- 1C, BTP proqramını yüksək səviyyədə bilmək və işləmək;
- Riyazi və məntiqi bacarıqlar;
- İqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki bilik;
- Yaxşı səviyyədə MS Office (əsasən Excel) bilikləri;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi, mühasibatlıq və satınalmalar ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
- PMS sertifikatın olması mütləqdir.
Müraciət qaydası: Mövzu yerinə “Baş mühasib” qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün, CV-nizi “Baş Mühasib” başlığı ilə, [email protected] ünvanına göndərin.
Son müraciət tarixi: 22 dekabr 2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur