Cümə, 22 Avqust, 2025

Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaq


  • Dərc edildi: 6 Mart, 2023 - 13:49
Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaq

“Technest” təqaüd proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Qeyd edilən hədəflərə çatmaq istiqamətində paytaxt və digər bölgələr arasındakı fərqin aradan qaldırılması, bölgələrdəki 8-ci sinif şagirdlərinin riyaziyyat və informatika olimpiadalarına olan marağının artırılması, eləcə də proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Şəki, Gəncə və Quba şəhərlərində təqaüd proqramı elan edilir. Təqaüd proqramı bölgələrdə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərlə birgə həyata keçiriləcək.

Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaq!

Qeyd edək ki, təqaüd proqramından yaralanmaq istəyən şagirdlər www.olimpiada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 271
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...