Cümə, 22 Avqust, 2025

Birbaşa satış və xidmət şöbəsinin Yerində xidmət bölməsində kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 6 Mart, 2023 - 13:44
Birbaşa satış və xidmət şöbəsinin Yerində xidmət bölməsində kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya

“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Yerində xidmət bölməsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

 

Öhdəliklər

 

  • Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi;
  • Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

 

Tələblər

 

  •  Ali təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Müştərilərlə danışma və satış qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Qərar qəbuletmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı.

 

 

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...