reklam

Brend standartı üzrə auditor vakansiyası

“Pizza Mizza” MMC-yə “Brend standartı üzrə auditor” tələb olunur.

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli Avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. “Pizza Mizza” yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə malumat:

  • Filiallarda daimi auditlərin həyata keçirilməsi
  • Ətraflı audit hesabatları hazırlamaq, dərin təhlil və geri dönüş təqdim etmək
  • Şirkətin standartlar üzrə seminarlar və təlim sessiyaları aparmaq.
  • Ətraflı təlim materialları və standart prosedurların hazırlanmasında aktiv iştirak etmək.
  • Qida təhlükəsizliyi qaydalarındakı dəyişikliklər və brend standartları barədə filial işçilərini məlumatlandırmaq.
  • Müxtəlif yerlərdə məhsul və xidmət keyfiyyətini mütəmadi olaraq nəzərdən keçirmək və izləmək.
  • Videogörüntüləri təhlil edərək, müştəri xidməti, işçi davranışları, təmizlik və əməliyyat səmərəliliyinə diqqət yetirərək, brend standartlarına uyğunluğunu təmin etmək.

 

Namizədə tələblər:

 

-Ali təhsil.

-Əla ünsiyyət və kommunikasiya bacarıqları olmalıdır.

-Qida xidməti, qonaqpərvərlik və ya pərakəndə sənayesində keyfiyyət təminatı, audit və ya oxşar bir vəzifədə ən azı 2 il təcrübə.

-Qida təhlükəsizliyi qaydaları, HACCP prinsipləri və keyfiyyət kontrol prosesləri haqqında geniş bilik.

-İşçiləri ilhamlandırmaq və təlim keçmək qabiliyyəti və liderlik bacarıqları.

-Azərbaycan dilində mükəmməl kommunikasiya bacarıqları və əlavə bir dil bilikləri.

-Hesabatlıq proqramları və Microsoft Office-də işləmək bacarığı.

 

İş şəraiti:

  • Mehriban və gənc kollektiv
  • İş vaxtı qrafikə əsasən- tam iş günü, 6 günlük
  • Əmək haqqı 700 azn 
  • Nahar şirkət tərəfindən aylıq ödənilir.

 

Maraqlananlar CV-lərini “Brend standartı üzrə auditor” başlığı altında [email protected]  elektron ünvanına göndərə bilərlər. 

https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az