reklam

“Əməliyyatçı mütəxəssis” vəzifəsi üzrə vakansiya

Abşeron Logistika Mərkəzi “Əməliyyatçı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması
  • Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması
  • Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək
  • Daşınan yüklərin müştərinin istəyindən asılı olaraq sığortalanmasını təşkil etmək
  • Müqavilələrin hazırlanmasında iştirak etmək
  • İnvoysların hazırlanmasında iştirak etmək
  • Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar
  •  Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı,texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi
  • Logistikaya dair prosedur və proseslərin həyata keçirilməsi
  • Yerli və xarici idxal/ixrac qanunvericiliyinin qaydalarına uyğun proseslərin həyata keçirilməsi
  • Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək

 

Namizədə qarşı tələblər:

  • Ali təhsill
  • İş təcrübəsi – minimum 1 il
  • Dl bilikləri - Azərbaycan və Rus dilləri mükəmməl
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Analitik qabiliyyətə, təhlil və təqdim etmə bacarıqlarına malik olmaq
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
  •  Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığı

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə
bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 Mart 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı mütəxəssis” şəklində
göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin
bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az