“Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir (ÖDƏNİŞSİZ)

“Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, həyata keçirilən proqramın əsas məqsədi gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.

Layihənin bu dəfəki mövsümündə cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin həlli, müharibənin sosial-psixoloji təsirlərinin aradan qaldırılması, eləcə də gənclərlə iş sahəsində çoxsaylı təlim və görüşlərin həyata keçirilməsi planlaşdırılır. 3 aylıq təhsil proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.

Bu dəfəki proqram müddətində də müxtəlif sosial xidmət müəssisələrinə səfərlər nəzərdə tutulub. Qeyd olunub ki, təlim proqramının indiyədək dörd mövsümü həyata keçirilib və ümumilikdə 200-dən çox gənc proqramdan yararlanıb.

Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/hmN29 

Son qeydiyyat tarixi: 10.10.2023, saat 18:00


 Qeyd edək ki, təlim proqramı ödənişsiz əsaslarla həyata keçirilir.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az