Korporativ Hüquq Şöbəsinə Hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya

“Rabitabank” ASC Hüquq Departamentinə, Korporativ Hüquq Şöbəsinə Hüquq məsləhətçisi vəzifəsi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
  • Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
  • Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
  • Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun  əsasları üzrə müəyyən biliklərə malik olmaq;

 

Namizədə olan tələblər:

  • Ali hüquq təhsili;
  • Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və  Rus dili biliyi üstünlük təşkil edir;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq məsləhətçisi” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az