“Umico Market” "Özünə Hədiyyə Sifarişi üzrə Menecer" vakansiyasını elan edir!

Azərbaycanda ilk!
“Umico Market” "Özünə Hədiyyə Sifarişi üzrə Menecer" vakansiyasını elan edir! 

Hədiyyələr isə özünüz üçündür!

Bəli, bu bir zarafat deyil. Təcili olaraq ay ərzində özünə “Umico Market”dən bir-birindən maraqlı hədiyyələr sifariş etməyə hazır olan işçi axtarırıq. İdeal hədiyyə hansıdır? Smartfon, sevimli ətir və ya yeni tava? Biz onları sizə tamamilə pulsuz çatdıracağıq. Təbii ki, əməkhaqqı da alacaqsınız.

Öhdəliklər:
- “Umico Market”də 500.000 məhsul arasından çətin və maraqlı seçimlər etmək. Kuryerlərimiz sifarişlərinizi evinizə, ofisinizə və hətta isti yay günlərini nəzərə alaraq çimərliyə çatdıracaq.
- Həyəcan və səbrsizliklə çatdırılmanın gözlənilməsi.
- Hədiyyəni əldə etməkdən və onun istifadəsindən zövq almaq.
- Hədiyyə ilə bağlı təəssüratları bölüşmək.
- Bunları 30 gün təkrarlamaq! Düşünürük ki, bu heç də sıxıcı deyil.

Tələblər:
- Özünü sevindirmək bacarığı.
- Əyləncəli həyat mövqeyi.
- Ən həvəssiz anlarda belə hədiyyə sifariş etmək arzusu.
- Müxtəlif kateqoriyalardan hədiyyələr seçmək üçün yüksək zövq və dünyagörüşü.
- İş təcrübəsi tələb olunmur.
- Azərbaycanın istənilən bölgəsindən namizədlərə baxılacaq.
- Sosial mediada aktiv hesab.
- İzləyicilərlə ünsiyyət qurmaq bacarığı.

İş mühiti:
- Çevik iş qrafiki.
- Rəqabətli əmək haqqı.
- Gecikmə olmadan ödəniş.
- Məsafədən işləmək imkanı.
- Əlavə iş imkanı.
- Perspektivli şirkətdə işləmək imkanı.
- Əməkhaqqı: 3000 AZN.

Əgər vakansiyanı sona qədər oxudunsa və bu vakansiyanın sənin üçün uyğun olduğunu düşünürsənsə, cv-ni "Hədiyyələr üzrə Menecer" başlığı ilə [email protected] adresinə yolla, istəklərin reallığa çevrildiyi iş yerində - “Umico”da işləmək fürsətini qaçırma!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az