Bazar ertəsi, 1 Sentyabr, 2025

Yay Festdə COP29 həftəsinə qoşulun


  • Dərc edildi: 18 İyul, 2024 - 17:50
Yay Festdə COP29 həftəsinə qoşulun

Əziz gənclər, sizi 5-9 avqustda Yay Festə COP29 həftəsinə qoşulmağa dəvət edirik!

 

Təbiətdə vaxt keçirəcək, yeni dostlar tapacaq və dəyərli biliklər qazanacağınız təlimlərdə iştirak edəcəksiniz!

18-29 yaşlarında olan və COP29 könüllülük proqramımızdan qeydiyyatdan keçərək müsahibədə iştirak edən gənclər tədbirdə iştirak edə bilər. Yaradıcılıq bacarığı və sosial aktivlik təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Yerlər məhduddur və seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq.

• Müraciət üçün son tarix 1 avqust saat 17:00-dır.

• İndi qeydiyyatdan keçin: http://yayfest.az

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, COP29 Təşkilat Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçiriləcəkdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 980
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7882
Sumqayıt Dövlət Univ...