
Baku Electronics 30 iri formatlı mağazaları, ölkə üzrə diler şəbəkəsi, ekspress alış-veriş məntəqələri və onlayn satış üzrə Qafqaz regionunun ən böyük istehlakçı elektronikası üzrə pərakəndə satış şirkətlərindən biridir.
Şirkət hal-hazırda Resurs Planlama Departamentinin “Mütəxəssis” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi Tələblər:
· Ali təhsil (Maliyyə və ya texniki sahə üzrə arzu olunandır);
· ERP Programları ilə iş üzrə təcrübə (minimum 1 il);
· MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
· SQL üzrə sorğularla işləmə bacarığı;
· Analitik təhlil bacarığı;
· Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
Vəzifə öhdəlikləri:
· Sistem üzrə yeni istifadəçilərin yaradılması və vəzifələr üzrə istifadəçi icazələrinin verilməsi;
· Sistem üzrə yeni iş yerləri, mağazalar və digər parametrlərin aktivləşdirilməsi;
· Gündəlik sistemə qiymətlərin, bonusların və digər parametrlərin daxil edilməsi;
· SQL üzrə toplu əməliyyatların icrası;
· Yeni tətbiq olunacaq modulların test olunması;
· Sistem üzrə stok, müştəri və bank kartlarının tanıdılması;
· Gündəlik istifadəçilərdən gələn sorğuların icrası;
· Proqrama müvafiq məlumatların daxil edilməsi;
· Həftəlik və aylıq hesabatların hazırlanması;
İş şəraiti:
· İş yeri – Baş ofis;
· İş saatları – 9:00-18:00;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Resurs Planlama Departamenti – Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur