Bazar ertəsi, 9 İyun, 2025

Səyyar kart satışı üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 18 May, 2023 - 12:48
Səyyar kart satışı üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya

“Rabitabank” ASC  Riteyl Bankçılıq departamentinə, səyyar kart satışı üzrə baş mütəxəssis vəzifəsinə  işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Müştərilərə bank məhsul və xidmətlərinin səyyar satışını həyata keçirmək; 
  • Müştərilərə bankın məhsul və xidmətləri üzrə məlumatlar vermək;
  • Sənədləri yoxlamaq və qaydaya uyğun arxivə təhvil vermək;
  • Müştərilərlə əlaqə saxlamaq, onlara zəruri olan kömək və diqqət göstərmək;
  • Öz fəaliyyəti üzrə statistik və digər məlumatları müəyyən olunmuş qaydada təqdim etmək;

 

Vəzifəyə olan tələblər: 

  • Ali təhsilin olması;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Bakı və Abşeron üzrə ünvanları yaxşı tanımaq;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Dəqiqlik, vaxtın düzgün idarə olunması qabiliyyəti; 
  • Azərbaycan dili biliyi səlis, rus dili biliyi arzuolunandır;
  • Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir.

      Qeyd: aylıq yanacaq xərci Bank tərəfindən qarşılanacaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  02.06.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində səyyar kart satışı üzrə baş mütəxəssis ” göstərməyiniz xahiş olunur. 

 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 178
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 366
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 100
Elm və təhsil naziri...