Cümə axşamı, 4 Sentyabr, 2025

Bakı limanında Hüquq şöbəsi üzrə təcrübə programı mövcuddur


  • Dərc edildi: 31 Mart, 2023 - 16:54
Bakı limanında Hüquq şöbəsi üzrə təcrübə programı mövcuddur

Struktur vahidinin adı

Hüquq şöbəsi


 

Struktur bölmənin adı


 

İş rejimi

Gündəlik


 

Vakansiyaya müraciət üçün son tarix

07-04-2023


 

İş yerinin ünvanı

Bakı


 

Şərtlər

Hüquq şöbəsinin təcrübəçisi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətin (Cəmiyyət) fəaliyyəti ilə bağlı hüquqi təminat (dəstək), təhlil və ekspertiza, habelə hüquqi risklərin idarəedilməsi üzrə işlərin təşkili və tənzimlənməsi prosesində iştirak edəcəkdir.

Cəmiyyət bu vəzifənin icrası üçün çevik, həvəsli, hüquq sahəsi üzrə zəruri bilik və bacarıqlara sahib təcrübəçi axtarışındadır. Təcrübəçi üzərinə düşən vəzifələrin icrasında Cəmiyyətin Bakı şəhərində yerləşən inzibati binasında iştirak edəcəkdir.

ƏSAS TƏLƏBLƏR :

-   Təhsil tələbi: Ali təhsil 

-   Təhsil ixtisası: Hüquqşünaslıq ixtisası üzrə;

-   Kompüter bilikləri: MS Office proqramları;

-   Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır).


 

DAVRANIŞ BACARIQLAR:

-   Etik davranış,

-   Məsuliyyət,

-   Ünsiyyət,

-   Yazılı özünü ifadə,

-   Detallara diqqət,

-   Nəticə yönümlülük.


 

Öhdəliklər

   Cəmiyyətin fəaliyyəti istiqaməti üzrə əqdlərin, korporativ aktların və digər hüquqi sənədlərin layihələrinin hazırlanması, uyğunluğunun yoxlanması, hüquqi ekspertizası prosesində iştirak etmək;

   Cəmiyyətin rəhbərliyi, struktur bölmələri tərəfindən sorğu edilən hüquqi məsələlərlə bağlı rəy və arayışların tərtibatı prosesində iştirak etmək;

   Cəmiyyətin bütün fəaliyyət istiqamətləri üzrə normayaratma və əqdlərin bağlanması prosesində iştirak etmək;

   Cəmiyyətin tərəf olduğu məhkəmə işləri üzrə zəruri prosessual sənədlərin (iddia ərizəsinin, iddia ərizəsinə dair etirazın, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə dair etirazların) hazırlanmasında iştirak etmək;

TƏLƏB OLUNAN BİLİKLƏR:

  Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, kommersiya, əmək, vergi hüquq münasibətlərini tənzimləyən və Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik aktlarını bilməlidir.

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 255
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8101
Sumqayıt Dövlət Univ...