AVRORA MMC “Məhsul Meneceri” (Qeyri-Qida) vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
· Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
· Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
· Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
· Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
· Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
· Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarının təhlil edilməsi;
· Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
· Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
· Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar :
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
· Güclü analitik düşüncəyə malik olması;
· Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
· Excel proqramı üzrə biliklər (orta səviyyədə);
· Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
· Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
· Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz :
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik :
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· İşçilərə qayğı proqramı;
· Peşəkar komanda mühiti;
· Nahar;
· Şirkət hesabına korporativ nömrə;
· Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri” (Qeyri-Qida) yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur