Şənbə, 2 Avqust, 2025

Catering 145 Group – Procurement (Təchizat) və satınalma üzrə 3 aylıqmaaşlı təcrübə proqramı elan edir!


  • Dərc edildi: 25 Aprel, 2025 - 13:01
Catering 145 Group – Procurement (Təchizat) və satınalma üzrə 3 aylıqmaaşlı təcrübə proqramı elan edir!

Catering 145 Group – Procurement (Təchizat) və satınalma üzrə 3 aylıqmaaşlı təcrübə proqramı elan edir!

 

Catering 145 Group olaraq, təchizat sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, cəld, məsuliyyətli və təşəbbüskar bəy namizədləri komandamıza dəvət edirik. Bu təcrübə proqramı real iş mühitində öyrənmək və karyeranıza güclü başlanğıc vermək üçün əla fürsətdir!

 

Tələblər:

  • Yalnız bəy namizədlər
  • Yeni məzunlar və magistrlar
  • Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və oxşar ixtisaslara üstünlük verilir)
  • Təchizat və ya satınalma sahəsində ilkin təcrübə üstünlükdür və çox önəmlidir
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
  • Orta-yüksək səviyyədə ingilis dili (rus dili arzuolunandır)
  • Cəld qərarvermə, analitik düşünmə və detallara diqqət

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin hesabat sistemləri və məlumat bazası ilə işləmək
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin dəstəklənməsi
  • Bazar analizi və rəqib monitorinqi
  • Müqavilələr üzrə sənədləşmə və ödənişlərə nəzarət
  • Müştəri sifarişlərinin qəbulu və sənədlərin hazırlanması
  • Məlumatların axtarışı, təhlili və sistemləşdirilməsi
  • Əsas mühasibatlıq və tender sənədlərinin hazırlanması
  • İşgüzar yazışma və danışıqlarda iştirak
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin təqdim olunması
  • Yerli bazarda potensial podratçı və təchizatçıların (supplierlərin) axtarılması, onlarla ilkin görüşlərin təşkili və məlumatların toplanması
  • Yerli bazar və idxal üzrə sifarişlərin hazırlanması

 

İş şəraiti:

  • İş saatları: 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: ISR Plaza, 16-cı mərtəbə
  • Təcrübə müddəti: 3 ay (maaşlı) 
  • Özünü doğruldan namizədlərə işlə təmin olunma imkanı

 

Müraciət qaydası:

CV-nizi mövzu hissəsində “Procurement (Təchizat) və satınalma üzrə  təcrübəçi – Catering 145” qeyd etməklə [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5310
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 853
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 303
“İnnovativ məktəb” l...