“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb. "PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri və azərbaycan bazarı üçün İT xidmətləri, "Cloud Computing", Kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” “Şəbəkə Əməliyyat Mərkəzinin kiçik mütəxəssisi/ mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
• Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
• Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
• Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
• Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi;
• İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması;
• Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
• Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi;
• Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
• Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması ;
• Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində);
• Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün "PAŞA Technology" MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi;
• Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması;
• Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi;
• Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi;
• İnfrastruktur nasazlıqlarının aradan qaldırılması;
• Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibatitəsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə avadanlıqların texniki xidmətinin həyata keçirilməsi;
• Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi;
İş rejimi:
• Növbəli iş rejimi
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
• Mühəndislik və ya Texniki sahə üzrə Ali təhsil.
• Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür; Təcrübə və bacarıqlar
• Texniki dəstək və ya bənzər rol üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır;
• Şəbəkə diaqnostikası bacarıqları arzu olunandır;
• "Linux" əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar; • "Windows" əməliyyat sistemi üzrə əsas bacarıqlar;
• Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq;
• Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti;
• Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
• Gündəlik əməliyyatlarda dürüst olmaq:
• Əməliyyatların keyfiyyətini təmin etmək;
• Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək. • İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq.
Kompütür Bilikləri
• "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
• Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə biliyin olması arzu olunandır;
• Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
Dil bilikləri:
• İngilis dili - Yaxşı
• Azərbaycan dili - Ana dili
• Rus dili – Yaxşı
Son müraciət tarixi: 15 Fevral 2023-ci il. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur