Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vakansiyalar
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlətimiz, Vətənimiz üçün ixtisaslı mühəndis kadrlar yetişdirir. Universitetdə gənclərin yüksək keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılıb. Belə ki, burada müasir elmi və tədris laboratoriyaları, auditoriyalar, kompüter mərkəzləri var və tədris yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir. ADNSU-da mütəxəssis hazırlığı ali təhsilin hər üç pilləsində - bakalavr, magistratura və doktorantura pilləsində həyata keçirilir. Hazırda universitetdə 7 fakültə üzrə 30 ixtisas üzrə təhsilverilir. 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Bundan əlavə, ADNSU-nun iki nüfuzlu universitetlə - ADNSU-Starsburq Universiteti və ADNSU-Vorvik Universiteti ilə ikili diplom praqramları mövcuddur.
Tələblər
- Ali təhsil: (İnsan resursları, idarəçilik, iqtisadiyyat və ya müvafiq sahə üzrə magistr dərəcəsi);
- Liderlik və idarəetmə bacarığı;
- Təhsil və karyera sahəsində gənclərlə iş üzrə minimum 2 il təcrübə;
- Azərbaycan və ingilis dillərində yüksək işgüzar və akademik kommunikasiya bacarıqları;
- Yüksək ünsiyyət bacarığı;
- Innovativ, yaradıcı və texnologiyalardan istifadə bacarığı;
- Kompüter bilikləri (MS Office proqramları).
İşin təsviri:
- Universitetin məşğulluq göstəricilərinin artırılması istiqamətində illik fəalliyyət planın hazırlanması;
- Universitet, onun tələbələri, məzunları və potensial işəgötürənlər arasında dövlət, regional, milli və beynəlxalq miqyasda əlaqəni dəstəkləmək;
- Tələbələrin işlə təmin olunması və karyera inkişafı sahəsində tədbirlərin təşkili;
- Tələbələr üçün CV yazma, müsahibə və iş axtarışı üsulları üzrə seminarlar təşkil etmək;
- Universitetin məzun platformasının idarə edilməsi;
- Beynəlxalq trendlərin izlənilməsi və tətbiq olunması;
- Vakansiyaları davamlı olaraq izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək;
- Magistratura və bakalavr proqramları barədə daxili və xarici kommunikasiya strategiyasına töhfə vermək.
Müraciət üçün tələb olunan sənədlər
- tərcümeyi-hal;
- ali təhsili təsdiq edən sənədlərin surəti;
- müşayiətedici məktub (motivasiya, maksimum 500 söz);
- tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən
müəyyən edilir.
Maraqlananlar 30 avqust, 2024-cü il tarixinə qədər [email protected] mail ünvanına sənədlərini
göndərə bilər
_______________________________________________________________________________________
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlətimiz, Vətənimiz üçün ixtisaslı mühəndis kadrlar yetişdirir. Universitetdə gənclərin yüksək keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılıb. Belə ki, burada müasir elmi və tədris laboratoriyaları, auditoriyalar, kompüter mərkəzləri var və tədris yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir. ADNSU-da mütəxəssis hazırlığı ali təhsilin hər üç pilləsində - bakalavr, magistratura və doktorantura pilləsində həyata keçirilir. Hazırda universitetdə 7 fakültə üzrə 30 ixtisas üzrə təhsilverilir. 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Bundan əlavə, ADNSU-nun iki nüfuzlu universitetlə - ADNSU-Starsburq Universiteti və ADNSU-Vorvik Universiteti ilə ikili diplom praqramları mövcuddur.
Tələblər
- Ali təhsil: elmi dərəcə və ya elmi ad;
- ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 il əmək stajı;
- ən azı C1 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);
- liderlik və idarəetmə bacarığı;
- aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi-
- tədqiqat işlərinin nəticələrinin tədris prosesi və istehsalatda tətbiqinin təşkil
- olunması barədə məlumatlı olmaq
- Xaricdə təhsil və iş təcrübəsi olanlara üstünlük veriləcək
- Innovative düşüncə
İşin təsviri:
- elmi-metodiki və elmi işlərə rəhbərlik etmək;
- kafedraların elmi-metodiki və elmi-tədqiqat işlərini, elmi konfransları təşkil etmək;
- elmi nailiyyətlərinin artırılması üzrə illik fəliyyət planlarını tərtib etmək
- elm üzrə statistik məlumatları və göstəriciləri vahid platformada toplamaq
- doktorantların (tədqiqatçıların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət etmək;
- beynəlxalq elmi əlaqələri genişləndirmək,
- elmin informasiya təminatını və elmin təbliğatını universitetdə gücləndirmək;
- elmi nailiyyətlərin tətbiqi üzrə tədbirlər görmək;
- tələbə elmi cəmiyyətlərinə, elmi-tədqiqat bölmə və laboratoriyalarına rəhbərlik etmək.
Müraciət üçün tələb olunan sənədlər
- tərcümeyi-hal CV
- ali təhsili təsdiq edən sənədlərin surəti;
- dərc olunmuş elmi məqalələrin siyahısı;
- müşayiətedici məktub (motivasiya, – maksimum 500 söz);
- övsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən
müəyyən edilir.
Maraqlananlar 30 avqust, 2024-cü il tarixinə qədər [email protected] mail ünvanına sənədlərini
göndərə bilər
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur