Bakı Biznes Universitetində vakansiya

Bakı Biznes Universitetində vakansiya 

 

Bakı Biznes Universiteti Karyera və Məzunları İş Mərkəzi

Vəzifə: Karyera Mütəxəssisi

Yerləşdiyi yer: Yasamal r. H.Zərdabi 88a

Universitetin Karyera və Məzunlarla İş Mərkəzinə, tələbələrə və məzunlara karyera planlaşdırma və iş tapmaq mövzusunda dəstək göstərmək məqsədilə Karyera Mütəxəssisi axtarır. Mütəxəssis, tələbələrin və məzunların peşəkar inkişafını dəstəkləyəcək, müxtəlif karyera xidmətləri təqdim edəcək və iş dünyası ilə əlaqələri gücləndirəcək.

Vəzifə öhdəlikləri:

- Tələbələr və məzunlarla fərdi və qrup sessiyaları keçirmək.
- Karyera məsləhətləri, CV yazımı, müsahibə hazırlığı və iş axtarışı mövzusunda təlimlər keçirmək.
- Şirkətlər və iş dünyası ilə əlaqələr qurmaq, əməkdaşlıq imkanlarını inkişaf etdirmək.
- Karyera tədbirləri və sərgilər təşkil etmək.
- Karyera xidmətləri ilə bağlı statistik məlumatları toplamaq və təhlil etmək.
- Universitetin məzunlarının karyera inkişafını izləmək və dəstəkləmək.

Tələblər:

- Magistr dərəcəsi üstünlükdür (idarəetmə, sosial elmlər, psixologiya və ya əlaqədar sahə üstünlük təşkil edir).
- Karyera inkişafı, məsləhət və ya insan resursları sahəsində təcrübə.
- Təlimçilik fəaliyyəti olanlara üstünlük verilir. 
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Analitik düşüncə və problemləri həll etmə bacarığı.
- Komanda şəklində işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı.
- Microsoft Office və digər ofis proqramlarına yaxşı səviyyədə bilmək. Xüsusən excell və access proqram təminatı.

Nə təklif edirik:

- Peşəkar inkişaf və karyera irəliləyiş imkanları.
- Dinamik və dəstəkləyici iş mühiti.
- Təhsili davam etdirmək və pedaqoji fəaliyyət göstərmək imkanı

Müraciət üçün:
Müraciətlərinizi [email protected] elektron poçtuna göndərin. Müraciət etdiyinizdə CV və motivasiya məktubunuzu və müvafiq sertifikatlarınızı əlavə etməyi unutmayın. Son müraciət tarixi: 05 sentyabr.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az