Cümə axşamı, 31 İyul, 2025

Ödənişsiz "Adaptasiya bacarıqları: Dəyişən iş şəraitinə sürətlə uyğunlaşma" vebinarı keçiriləcək


  • Dərc edildi: 23 Avqust, 2024 - 13:09
Ödənişsiz  "Adaptasiya bacarıqları: Dəyişən iş şəraitinə sürətlə uyğunlaşma" vebinarı keçiriləcək

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində 26 avqust, saat 19:00-da ödənişsiz  "Adaptasiya bacarıqları: Dəyişən iş şəraitinə sürətlə uyğunlaşma" vebinarı keçiriləcək.

 Layihənin budəfəki buraxılışının qonağı peşəkar karyera məsləhətçisi, Mərkəzi Karyera filialının şöbə müdiri Pərviz Əfəndizadə, moderator isə Mərkəzi Karyera filialının əməkdaşı Arzu Xəlilova olacaq. 

 Vebinara  iş mühitində çeviklik və adaptasiya bacarıqlarını inkişaf etdirmək istəyən, dəyişikliklərə tez uyğunlaşmağı hədəfləyən mütəxəssislər və karyera inkişafı üçün addım atmaq istəyən hər kəs qoşula bilər.

 İştirak onlayn qeydiyyat linki üzərindən aparılacaq və qeydiyyatdan keçən şəxslərə elektron poçt vasitəsilə vebinara qoşulmaq üçün keçid göndəriləcək. 

 Qeydiyyat üçün son tarix: 26 avqust 14:00

 Qeydiyyat linki: https://forms.gle/SXQKsfW1mHsQAkBQ7

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 268
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 870
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 751
Azərbaycan Texnologi...