Smeta mühəndisi vakansiyası

Vəzifə: Smeta mühəndisi

 

Namizədə dair tələblər:        

 

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı; 
  • Punktual və ünsiyyətcil olması;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli

 

 

Vəzifə öhdəlikləri:

 

  • Layihələrin hazırlanması üçün məlumatların toplanması və təmin edilməsi;
  • Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
  • Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
  • Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;

 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

 

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Smeta mühəndisi" adını qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Qeyd:           Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az