Bolqarıstanda Orta məktəb şagirdləri üçün Riyaziyyat və İnformatika sahələri üzrə tədqiqat məktəbi

Bolqarıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün Riyaziyyat və İnformatika sahələri üzrə tədqiqat məktəbi.

 

“Yay Tədqiqat Məktəbi” riyaziyyat və informatika sahələrində maraqları olan yüksək nailiyyətli yeniyetmələr üçün təşkil edilir. Bu məktəb CEE və MIT tərəfindən təşkil edilən orta məktəb tələbələri üçün olan proqramların təcrübələrini dinamik kiçik miqyaslı öyrənmə mühitində tətbiq edir. 

“Yay Tədqiqat Məktəbi” 23 İyul- 12 Avqust tarixlərində Bolqarıstanda keçiləcək. 3 həftə ərzində şagirdlər öz tədqiqat maraqları üzərində onlara təyin edilən mentorlar ilə birlikdə işləyir və yekun bir tədqiqat layihəsi ərsəyə gətirirlər. 

 

Bu məktəbin iştirakçıların 15 faizi MIT, Princeton, Oxford, MGU və Harvard kimi tədqiqat universitetlərinə qəbul olublar. Proqramda 15 yaş və daha yuxarı yaş qrupundan olan şagirdlər iştirak edə bilər.

 

Proqramın sonunda mentor tərəfindən tövsiyyə məktubu və sertifikat verilir.

 

Potensial xərclər: 

 

  • Proqramda iştirak etmək üçün məbləğ: 1160 Avro (Qiymətə daxildir: yaşayış, yemək və təhsil haqqı)
  • Müraciət üçün xidmət haqqı: 500 Avro
  • Bolqarıstana gediş gəliş bilet

 

Proqrama qoşulmaq istəyən şəxlər ətraflı məlumat üçün 0559943769 Whatsapp nömrəsi və ya [email protected] ilə əlaqə saxlaya bilər.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az