Çərşənbə axşamı, 1 İyul, 2025

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır


  • Dərc edildi: 12 Mart, 2024 - 12:41
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır

 

Cari ildən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə  uşaqların qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılır. Hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb.  

 

Valideynlər  3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək. 

 

Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. 

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 82
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...