“SIESCO” MMC IT mütəxəssis vakansiyası elan edir

“SIESCO” MMC  IT mütəxəssis vakansiyası elan edir.

“SIESCO” MMC - mühasibat uçotunun avtomatlaşdırılması və idarə edilməsi üzrə ixtisaslaşmış dinamik inkişaf edən şirkətdir. Şirkətimiz Azərbaycanda “1C“ firmasının partnyorudur. Mühasibat uçotu, idarəetmə uçotu, istehsalın idarə edilməsi, satınalma və satış prosesləri, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılması üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk.

Şirkətimiz öyrənmək istəyən, işinə pozitiv və yaradıcı şəkildə yanaşan şəxslər axtarışındadır.

İş barədə məlumat:

  • İş rejimi həftənin 6 günüdür;
  • İş saatları bazar ertəsi və cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günləri isə 11:00-dan 18:00-dəkdir; 
  • İlk ildə əmək haqqı: 500-700 aralığında;
  • İş təcrübəsi 1 ildən aşağı

Namizədə uyğun tələblər: 

  • Şirkətdə internet vasitələrinə, komputer şəbəkəsinə, komputerlərə, avadanlıqlara və onların proqram təminatına texniki qulluq və nəzarət edilməsi
  • Texniki avadanlıqların və proqram təminatların quraşdırılması, konfigurasiyası, diaqnostikası və sazlanmasının təmin edilməsi
  • Serverlərdə yaranmış nasazlıqların aradan qaldırılması
  • LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin etmək.
  • Gündəlik yaranan nasazalıqların aradan qaldırılması
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər
  • Verilən tapşırıqları tez bir zamanda icra etmək bacarığı
  • IT ve Helpdesk sahəsində fundamental proseslerin anlayışı
  • Şəbəkə avadanlıqları, VPN, DNS, VLAN və bu kimi orta səviyyəli şəbəkə bilikləri
  • Fərdi kompüter proqram təminatı və müxtəlif İT avadanlıqları haqqında geniş məlumatın olması;
  • 1C proqramında işləmək bacarığı (arzuolunandır)
  • Rus dilini bilmək vacibdir (!)

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində IT mütəxəssis qeyd etməklə [email protected]  elektron ünvanına göndərə bilər. Şirkət haqqında ətraflı məlumat: siesco.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az