Dəstəkçi - Sosial Sahibkarlıq Platfoması üçün yarım ştat, təcrübəli Marketinq Meneceri axtarırıq
Vəzifələr:
· Ənənəvi və rəqəmsal marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;
· Bazar trendlərini araşdırmaq, marketinq kampaniyaları hazırlamaq və müvafiq təkliflər vermək;
· Bütün marketinq fəaliyyətlərini planlaşdırmaq və idarə etmək
· Marketinq və rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi
· PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;
· Brendin tanınmasını artırmaq üçün tədbirlər görmək;
· Satışları artırmaq üçün strategiyalar və kampaniyalar hazırlamaq və həyata keçirmək;
· Yeni təkliflər və tədbirlər yaratmaq və idarə etmək;
· Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət, korporativ görüşlərin keçirilməsi;
Tələblər:
· Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
· Marketinq idarəçiliyi və rəqəmsal marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
· Rəqəmsal marketinq üzrə bilik və bacarıqlara sahib olmaq
· Dil bilikləri, Azərbaycan dili - əla, İngilis dili -əla, rus dili - üstünlükdür
· Biz sizə nə təklif edirik:
· Cəmiyyətdə sosial fayda üçün çalışan bir startapın parçası olmaq
· Gənc və dinamik komanda ilə işləmək fürsəti
· Təlim, treninq və master-klaslarda iştirak etmə imkanı
İş qrafiki:
həftə içi 5 gün, yarım iş günü
Əmək haqqı: 500 AZN + hər cəlb olunan layihəyə əsasən bonus imkanı
Rəsmi əmək müqaviləsi əsasında işə düzəlmə
Maraqlanan namizədlərin öz CV-lərini mövzu yerində "Marketinq Meneceri" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur