reklam

Rotary Klubları tərəfindən keçirilən Liderlik proqramına qeydiyyat başladı (ÖDƏNİŞSİZ)

RYLA qeydiyyat linki bugündən etibarən açıqdır. Linkə daxil olaraq qeydiyyat formunu doldura bilərsiniz. Qeydiyyat 11 Mart tarixinə qədər aktivdir. Əgər hər hansı sualınız yaranarsa linkdə qeyd edilən email vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

http://ryla.az

RYLA nədir?
RYLA (Rotary Youth Leadership Awards) dünya Rotary Klubları tərəfindən təşkil edilən Liderlik proqramıdır. Azərbaycanda RYLA 2015-ci ildən etibarən keçirilir. Bu il RYLA 14-17 aprel tarixlərində XƏZƏR İNCİ hoteldə (Buzovna) keçiriləcək. Rotary Klubları və həmin klubların bağlı olduğu bölgə komitəsi layihə ilə bağlı bütün xərcləri qarşılayır. Azərbaycanda da Bakı Xəzər Rotary və Bakı Beynəlxalq Rotary Klubları hər il mütəmadi olaraq bu layihənin uğurla həyata keçirilməsinə səy göstərir.
RYLA proqramı:
• Rotary-nin gənclərə hörmət və ehtiramını nümayiş etdirir;
• Seçilmiş gəncləri və Potensial liderləri effektiv təlimlə təmin edir;
• Gənclər tərəfindən gənclərin liderliyini təşviq edir;
• Cəmiyyətə xidmət göstərən gənc insanları tanıyır.

RYLA proqramı aşağıdakı əsas mözvzuları əhatə edir:
• Liderliyin əsasları
• Liderlik Etikası
• Effektli Liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi
• Problemlərin həlli və münaqişələrin idarə olunması
• Rotarynin məqsədi və cəmiyyətə xidmət
• Özünə güvən və özünə hörmət yaratma
• Cəmiyyətin və qlobal vətəndaşlığın elementləri

RYLA kimlər üçündür?
-RYLA proqramı yalnız 18-22 yaş arası gənclər üçündür.

Seçim necə aparılır?
-İkinci mərhələdə isə iştirakçılar müsahibə olunacaq və ən uyğun 30 gənc proqramda iştirak etmək hüququ əldə edəcək.

Hər hansı ödəniş tələb edilirmi ?
-Proqramda iştirak edən gənclərin bütün iştirak xərcləri qarşılanır.

Ərizə forması nə vaxta kimi aktivdir?
-RYLA üçün ərizə forması 11 Mart 2023-cü ilə qədər aktivdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az