2023-də aylardır ertələdiyiniz şəxsi inkişafınıza diqqət ayıracağınıza söz vermisiniz?! Amma haradan və necə başlamaq lazım olduğunu bilmirsiniz? Elə isə sizə şad xəbərimiz var!
Bütün bu sualların cavabını addım.at layihəsinin keçirəcəyi tək bir tədbirdə - Addım At Forumunda tapa bilərsiniz.
Tədbirdə iştirak edərək nələr qazana bilərsiniz:
- Müxtəlif həyat hekayələrinə məxsus spikerlərin uğur yolları ilə tanış olmaq;
- Bu təcrübədən keçmiş şəxslərlə bir araya gəlmək və şəxsi inkişafla bağlı suallarınıza cavab tapmasını təmin etmək;
- Özünü-tanı, fərqindəlik, davamlılıq, məqsədyönlülük, kimi mövzularda özünüzü inşkişaf etdirmək üçün məlumatlar;
- Təhsil - karyera - şəxsi inkişaf üçbucağının düzgün formalaşmasına dəstək
Tədbir 8 spikerin çıxışı, sponsorların qısa təqdimat və hədiyyəli oyunlarından,nahar və kofe fasilələrindən ibarət olacaq.
Spikerlər və mövzuları:
1. Yelena Sidorenko- Kim olmusan ki?
2. Vəfadar Babayev- Görməmiş olma!
3. Orxan Hüseynli- Nə vaxt tərpənirsən?
4. Lalə Ələkbər- Qadan alım, sən tənbəl döyülsən!
5. Rəhim Məmmədov- Gedəcəyinizdən gəlmişəm
6. Xanoğlan Sadiq- Kim deyir e olmaz?!
7. Tural Hümbətov- "Yeni"-dən yox, yerində saymaqdan qorx!
8. Kamran Cəbrayılov- Uzağı nə ola bilər ki?
Forumda 700 nəfər tələbə, məzun, valideyn və abituriyentin iştirakı gözlənilir.
12 mart, 10:00
Avropa Azərbaycan Məktəbi
Yerlər məhduddur!
Forumda iştirak üçün qeydiyyatdan keçməyə tələsin! Əlavə olaraq #edumap20 promokodundan istifadə edərək biletdə 20% güzəşt əldə edə bilərsiniz:
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur