Çərşənbə axşamı, 12 Avqust, 2025

Xarici Ticarət şöbəsinə Kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 17 Fevral, 2025 - 17:40
Xarici Ticarət şöbəsinə Kiçik mütəxəssis vakansiyası

Xarici Ticarət şöbəsinə Kiçik mütəxəssis vakansiyası

 

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Yüksək analitik qabiliyyət;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
  • Mükəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).
  • Kompüter bilikləri (MS Office);

Əsas vəzifələr: 

  • Sənədli əməliyyatlar ilə bağlı, yerli və beynelxalq banklar ilə yazışmalar aparmaq. Beynəlxalq  ticarət sahəsi  ilə bağlı təkliflər  vermək;
  • Müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Müştəri ilə birbaşa əlaqə yaradaraq, akkreditiv və qarantiya mətnlərinin hazırlanması və tərəflər ilə razılaşdırılmasını təmin etmək;
  • Bankın standart akkreditiv və qarantiya mətnlərini hazırlamaq və aidiyyatı struktur bölmə(lər) ilə razılaşdırmaq;
  • Müştərinin xüsusi mətndə təqdim etdiyi qarantiya vəya akkreditivləri bankın aiddiyyatı struktur bölmələri ilə razılaşdırmaq, lazım gəldikdə düzəlişlər edərək tərəflər ilə razılaşdırmaq;
  • Ticarətin Maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • İxrac və idxal Akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək, monitorinqini aparmaq,  ödənişlərə nəzarət etmək;
  • Aparılan əməliyyatların Bankın təsdiq olunmuş limitlərinə uyğun olmasına tabe olmaq;
  • Sənədli əməliyyatlar üzrə yeni banklar ilə əlaqə  yaradılması,  limit təkliflərində  bulunmaq  SWIFT üzərindən  RMA bağlantısının  yaradılmasını təmin etmək;
  • Ticarətin Maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;

Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xarici Ticarət şöbəsinə Kiçik mütəxəssis” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6288
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1312
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 506
“İnnovativ məktəb” l...