
İnsan Resursları üzrə Baş mütəxəssis vakansiyası
Pizza Mizza komandası olaraq HR proseslərini effektiv idarə edə bilən, kiçik komandaya rəhbərlik təcrübəsinə malik və insan resurslarının bütün funksiyaları üzrə güclü biliklərə sahib peşəkar namizəd axtarırıq. Vəzifə əmək qanunvericiliyinə uyğun kadr əməliyyatlarının aparılması, işçi heyətinin idarə edilməsi və inkişafı, dövlət qurumları ilə əlaqələrin düzgün qurulmasını tələb edir.
İş haqqında məlumat :
Vəzifə öhdəlikləri:
İnsan resursları strategiyasının icrası:
HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
Kadr uçotu və əməliyyatları:
İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
“ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
İşçi əlaqələri və inzibati proseslər:
Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
İşə qəbul və müsahibə prosesləri:
Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
Hesabatlılıq və analitika:
Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.
Namizəddən Tələblər:
Ali təhsil (insan resursları, idarəetmə və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür);
Əmək qanunvericiliyi, kadr uçotu və sənədləşmə üzrə dərin biliklər;
MS Office proqramlarını yüksək səviyyədə bilmək;
Yüksək təşkilatçılıq və idarəetmə bacarığı;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Komanda ilə işləmə və liderlik təcrübəsi.
İş şəraiti
İş günləri: I-V günlər.
İş vaxtı: 09:00-18:00
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Nahar şirkət tərəfindən aylıq ödənilir.
Ünvan: Bakı şəhəri, Babək plaza.
Müraciət etmək istəyən şəxslər CV-lərini başlıqda elanın adını qeyd etməklə [email protected] adresinə göndərə bilərlər.
Qeyd: yalnız uyğun şəxslərə geri dönüş ediləcək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur