Bazar ertəsi, 25 Avqust, 2025

Müəllimləri əməkdaşlığa dəvət edirik!


  • Dərc edildi: 17 Fevral, 2025 - 17:55
Müəllimləri əməkdaşlığa dəvət edirik!

Əziz müəllimlər!

Sizi "Azərbaycan müəllimi" qəzetinin səfirləri olmağa dəvət edirik!

 

Məqsədimiz müəllimlik peşəsinin nüfuzunu daha da artırmaq və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və innovativ yanaşmaları geniş müəllim auditoriyasına çatdırmaqdır.

Tələb və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmaq;
- "Azərbaycan müəllimi" qəzetinin və saytının fəaliyyətinə, onu tanıtma təşəbbüsünə könüllü qoşulmaq;
- Təhsil siyasəti, müasir pedaqoji yanaşma və innovativ tədris metodları barədə məlumatlı olmaq;
- Təhsil sahəsindəki yenilikləri izləmək və tətbiq etməkdə maraqlı olmaq;
- Azərbaycan dili üzrə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
- Müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, maarifləndirici təşəbbüslərdə iştirak etmək;
- Məsuliyyətli olmaq, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqlarına sahib olmaq;
- Sosial mediadan aktiv və məqsədyönlü şəkildə istifadə etmək.

Bu təşəbbüs ümumi təhsil müəssisələrində çalışan, müəllimlik peşəsinə dəyər qatmaq istəyən və təhsilin inkişafına töhfə verməyə həvəsli olan pedaqoqlar üçün nəzərdə tutulub. Səfirlər müəllimlik peşəsinin nüfuzunun artırılmasında, təhsil yenilikləri və innovativ yanaşmaların geniş auditoriyaya çatdırmasında aktiv iştirak edəcəklər.

Müraciət üçün son tarix: 1 aprel 2025-ci il

Qeydiyyatdan keçmək üçün bu forumu doldurmağınız xahiş olunur.

Qeyd edək ki, yalnız uyğun namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 477
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 96
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7366
Sumqayıt Dövlət Univ...