
" İstedadların İdarə Edilməsi və İnkişafı şöbə müdiri" vakansiyası
Ümumi məlumat
Araz Supermarketlər Şəbəkəsi " İstedadların İdarə Edilməsi və İnkişafı şöbə müdiri" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ İstedadların İdarə Edilməsi və İnkişafı şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
İstedadların idarə edilməsi, cəlb edilməsi və inkişafı üzrə strategiyaların hazırlanması və tətbiqi.
İxtisaslaşmış və təcrübəli komandaların formalaşdırılması və idarə edilməsi.
Əməkdaşlara dair keyfiyyətli və davamlı inkişaf proqramlarının yaradılması və monitorinqi.
İstedadların idarəetmə proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması.
Təşkilat daxilində işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlim və inkişaf proqramları hazırlamaq və həyata keçirmək.
Təlim ehtiyacları və təhlilləri əsasında təlim və məlumat xarakterli materialların hazırlanması və vaxtaşırı yenilənməsinə nəzarət etmək
Fərdi İnkişaf Planlarının təyin edilməsi prosesinin həyata keçirilməsini təmin etmək
Strukturun performansını idarə etmək, dəyərləndirmək, istiqamətləndirmək və komanda quruculuğu işini təşkil etmək
Müxtəlif səviyyələrdə liderlik və menecerlər üçün təlim və mentorluq proqramlarının hazırlanması
İnsan resursları sahəsində yeni trendlər və ən yaxşı təcrübələri izləyərək şirkətin işçi inkişaf strategiyasını modernləşdirmək
İstedadların idarə edilməsi prosesində təşkilatın mədəniyyətini və dəyərlərini gücləndirmək.
Tələblər
Ali təhsil
Yaş həddi 35+
İnsan resursları, performans qiymətləndirmə, komanda rəhbərliyi və strateji planlaşdırma sahələrində geniş bilik və təcrübə.
Rəhbər vəzifədə ən az 3 il iş təcrübəsi
SAP bilikləri üstünlükdür
Güclü ünsiyyət bacarığı
Qərarvermə və problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Liderlik keyfiyyətləri
Yenilikçi yanaşmalar və həllər təklif etmə bacarığı.
Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur