Çərşənbə axşamı, 26 Avqust, 2025

Anestezioloq-reanimatoloq tələb olunur


  • Dərc edildi: 9 Sentyabr, 2022 - 11:32
Anestezioloq-reanimatoloq tələb olunur

MediClub klinikasına Anestezioloq-reanimatoloq tələb olunur

Əmək funksiyası:
·       Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
·       Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
·       Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
·       Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.

Bilməlidir:
·       Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
·       öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
·       öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
·       tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.

Vəzifəyə qoyulan tələblər:
·       Ali təhsil;
·       Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
·       Dil bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
·       İxtisas üzrə azı 3 il iş təcrübəsi.

İş şəraiti:
·       AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
·       Növbəli iş rejimi ;
·       Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir.

Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 642
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7495
Sumqayıt Dövlət Univ...