Çərşənbə axşamı, 26 Avqust, 2025

“Münaqişə transformasiyasında gənclər” təliminə qəbul başladı!


  • Dərc edildi: 1 İyul, 2024 - 19:48
“Münaqişə transformasiyasında gənclər” təliminə qəbul başladı!

“Münaqişə transformasiyasında gənclər” təliminə qəbul başladı!
 

“Münaqişə transformasiyasında gənclər” təliminə qəbul açıq elan edilir!
Təlimin əsas məqsədi 18-26 yaş arası universitet təhsilini davam etdirən və ya məzun olmuş gənclərin münaqişə transformasiyasi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Təlim zamanı gənclərin vətəndaş cəmiyyətindəiştirakı, təhsilin münaqişə transformasiyasında əhəmiyyəti, tənqidi düşüncə, münaqişə və gender haqqında nəzəri və praktiki sessiyalar baş tutacaq.

İştirak üçün şərtlər:

- 18-26 yaşında olmaq;
- tələbə və ya məzun olmaq
- 4 gün tam iştirak;
- münaqişə transformasiyası sahəsində maraqlı olmaq;

Təcrübəli təlimçilər tərəfindən 4 gün ərzində keçiriləcək təlimin hər bir sessiyasında iştirak vacibdir. Təlimi uğurla başa vurmuş iştirakçılar sertifikatla təmin olunacaq.

Müraciət üçün son tarix: 15 iyul, 23:59, 2024-cü il
Təlimin baş tutacağı tarix: 29, 30, 31 iyul və 1 avqust, 2024 saat 10:00-17:00 arası (üzbəüz)

Müraciət formasına keçid: https://forms.gle/MZorXLHV4LeR8wTX6

Müraciət formasını dolduran şəxslər seçimdən sonra müsahibəyə dəvət olunacaq.

*Layihənin keçirilmə məkanı Bakı şəhəridir, digər yerlərdən qatılmaq istəyən şəxslərin yol və qalma xərclərinin qarşılanması nəzərdə tutulmayıb.

Əlavə məlumat üçün : [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 647
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 125
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7503
Sumqayıt Dövlət Univ...