“Rabitəbank” ASC, “Customer Care” təcrübə proqramına yenidən olaraq start verir

“Rabitəbank” ASC, “Customer Care” təcrübə proqramına yenidən olaraq start verir!

Ölkənin ən iri banklarından olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Rabitəbank, daima öyrənməyə meyilli, pozitiv, işində yaradıcı və Bank sahəsində təcrübəsi olmayan gənclərin axtarışındadır.

Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!

 Bu proqram Sizə nələr qazandıracaq?

  • Əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur, qaydalarla tanışlıq;
  • Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
  • Bank məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
  • Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak;
  • Təcrübəni müsbət yekünlaşdıran təcrübəçilər bilik və təcrübələrinə uyğun olaraq  yaranan vakansiyalar üzrə dəyərləndirilmək şansı əldə edəcəklər.

  Proqramda iştiraka dair tələblər:

  • Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • MS office proqramları üzrə bacarıqlar;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • İşgüzar xarici görünüş və tez öyrənmə qabiliyyəti;

Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Customer Care İnternship” başlığı ilə göndərə bilərlər.

 

Qeyd: növbəti mərhələdə  yalnız tələblərə uyğun olan namizədlər seçilib, dəvət olunacaqlar.

 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az