“Ən yaxşı təqdimat müsabiqəsi 2"-yə start verilir!

“Ən yaxşı təqdimat müsabiqəsi 2"-yə start verilir!

ASAN könüllüləri hər kəsi “Yaşıl dünya naminə” HƏMRƏY olmağa çağırır!  Odur ki, sən də “Yaşıl dünya naminə” öz təqdimatını hazırlayıb müsabiqənin qalibi ola bilərsən!

Müsabiqənin əhatə etdiyi mövzular:

İştirakçı təqdimatını aşağıdakı mövzular çərçivəsində “problemin qoyuluşu-həll yolu” kontekstində hazırlaya bilər:

️İqlim dəyişikliyinə adaptasiya

️Alternativ və bərpaolunan enerji

️Tullantı idarəetməsi və təkrar emal

️Yaşıl texnologiya və innovasiya

️Təbiəti mühafizə və biomüxtəliflilik

️Dayanıqlı təsərrüfat və qida istehsalı

️Təmiz su ehtiyatlarının müdafiəsi

️Çevrə dostu nəqliyyat

Müsabiqənin şərtləri:

Müsabiqədə 16-35 yaş aralığında olan hər kəs iştirak edə bilər

️Təqdimatdakı məlumatlar dəqiq, düzgün və qısa şəkildə təqdimata yerləşdirilməlidir

Məlumatların faydalı, əhatəli, yaradıcı olması arzuolunandır

 Təqdimatdakı fikri izah etmək üçün audio-vizual dəstəkləyici elementlərin (video, rəsm və s.) yerləşdirilməsi arzuolunandır

 Layihə növbəti mərhələyə keçərsə, təqdimatda məlumatların daha ətraflı izahatları tələb oluna bilər

Təqdimat Powerpoint proqramı və ya Canva qrafik dizayn platformasında həm azərbaycan dili, həm də ingilis dilində hazırlana bilər

Müsabiqə mərhələləri:

Müsabiqə 3 mərhələli qiymətləndirmə çərçivəsində aparılacaq. 10 "Ən yaxşı təqdimat" final mərhələsinə keçmək şansı qazanacaq.

Finalda aşağıdakı nominasiyalar üzrə qaliblər müəyyənləşdiriləcək:

 Məsuliyyətli çevrə dostu

 İnnovativ çevrə dostu

Texnoloji çevrə dostu

Necə müraciət etmək olar?

İştirakçı özü haqqında zəruri məlumatları (ad, soyad, ata adı), əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsinin nüsxəsini daxil etməklə müsabiqə şərtlərinə uyğun hazırlanmış təqdimatı 01.03.2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ənənəsinə sadiq qalaraq qalib olan şəxslər beynəlxalq səfərlərdə iştirak şansı və pul mükafatı qazanacaq!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az