Çərşənbə, 27 Avqust, 2025

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!


  • Dərc edildi: 27 Noyabr, 2024 - 02:42
Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!

 

26 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə başlanılacaq. Nəzərinizə çatdıraq ki, qeydiyyat prosesi 9 dekabr tarixinədək davam edəcək.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.

Qeydiyyat prosesi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+994507914631) “Whatsapp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət edə bilərsiniz.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 667
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 135
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7523
Sumqayıt Dövlət Univ...