Cümə axşamı, 21 Avqust, 2025

Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 3 May, 2023 - 19:49
Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Vision, Roadmap formalaşdırılması, məhsul strategiyasının yaradılması;
  • Müştəri ehtiyaclarına uyğun olaraq məhsul ilə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması, prioritetləşdirilməsi, tapşırıq ilə bağlı qəbul kriteriyalarının müəyyən edilməsi;
  • Məhsul üzrə hədəflərin icrasının izlənilməsi, tələblərə uyğun olan ehtiyacların formalaşdırılması;
  • “Stakeholder”-lərlə daimi ünsiyyət və görüşlərdə iştiraklarının təmin edilməsi; 
  • Məhsul tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Minimum 3 il məhsul sahibi/məhsul rəhbəri və ya layihə rəhbəri kimi iş təcrübəsi mütləqdir (Bank, Maliyyə təşkilatı, Fintech və Telekommunikasiya sahələri üzrə);
  • Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
  • Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
  • “Agile” prinsipləri üzrə bilik və təcrübənin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Analitik düşünmə qabiliyyəti; 
  • Güclü liderlik və ünsiyyət bacarıqları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Məhsul sahibi (Product owner) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətinizə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...