Yaponiyada magistratura və doktorantura təhsili ilə maraqlanan şəxslər
2024-cü il ELMİ-TƏDQİQAT üzrə Yaponiya Dövlət Təqaüd proqramına (Tədqiqatçı, Magistr və Doktorantura təhsili) sənəd qəbulu bu gündən başlanmışdır. Sənədlər 2 iyun 2023-cü il tarixinədək səfirlik tərəfindən qəbul olunacaqdır. Sənədləri səfirliyin [email protected] mail ünvanına PDF formatında göndərməyiniz xahiş olunur.
Proqram haqqında detallı məlumat üçün səfirliyin internet səhifəsindəki linkə nəzər salmağınız xahiş olunur:
https://www.az.emb-japan.go.jp/files/100497994.pdf
Proqram haqqında bütün suallarınızı səfirliyimizin [email protected] mail ünvanına yönləndirə bilərsiniz. Seçim prosesi ilə bağlı bütün yenilikləri bizim rəsmi internet səhifəsi, Facebook və Instagram hesablarından izləməyi unutmayın.
Bu ilki bütün müraciətçilərə uğurlar arzu edirik!