Bazar ertəsi, 14 İyul, 2025

"Öyrən, qalib ol!" marafonuna start verilir


  • Dərc edildi: 27 Sentyabr, 2022 - 18:05
"Öyrən, qalib ol!" marafonuna start verilir

Elm və Təhsil Nazirliyi "Öyrən, qalib ol!" adlı sosial media marafonuna start verir.

 

44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunan marafonda 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. 

 

Marafonun təşkilində məqsəd öyrənmənin, təhsilin qələbə üçün vacibliyini göstərmək, həmçinin şagirdlərin uğur hekayələrinin paylaşılmasına dəstək olmaqdır. 

 

Bunun üçün şagirdlər sosial media hesablarında #Öyrənqalibol həştəqi ilə öz öyrənmə təcrübələri barədə paylaşımlar edə bilərlər. 

 

Paylaşım foto və ya video formatında olmalıdır. Paylaşımda şagird özü haqqında zəruri məlumatları (ad, soyad, oxuduğu məktəb və sinif) qeyd etməli və öyrəndikləri barədə məlumatı dolğun çatdırmalıdır. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4277
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 180
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 139
Məktəbəhazırlıq qrup...