Cümə, 22 Avqust, 2025

SMM və Kontent marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 28 Mart, 2023 - 12:15
SMM və Kontent marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya

Vakansiya tipi : Yerli namizədlər üçün vakansiyalar

Kateqoriya : Məktəb üzrə vakansiyalar,Digər Vakansiyalar

SMM və Kontent marketinq mütəxəssisi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində SMM və Kontent marketinq
mütəxəssisi vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Kompleksimizin
həyatında müsbət dəyişiklikləri gücləndirmək və onlara ilham vermək üçün motivasiyalı, peşəkar,
istedadlı və həvəsli insanlar axtarışındayıq.

Tam iş günü
Əmək haqqı: 909 AZN gross

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Ali təhsil;
  • Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilinin mükəmməl qrammatik biliyi;
  • İngilis dili (B2+ səviyyədə) və rus dili bilikləri mütləqdir;
  • Kopiraytinq bacarığı;
  • Kreativ düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı;

ÖHDƏLİKLƏR

  • Sosial media hesablarının və veb səhifənin peşəkar şəkildə idarə olunması;
  • Kontentin yaradılması və onun dolğun şəkildə təqdim edilməsi;
  • Aylıq post planlarının hazırlanması;
  • Səhifələr üzrə gələn sorğuların cavablandırılması;
  • Məhsullar üzrə sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi;
  • Marketinq lahiyələrin icrasında dəstək;

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə
uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu
materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (SMM və Kontent marketinq mütəxəssisi )
qeyd olunmaqla [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun
keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə
bilər.

Son müraciət tarixi: 15 Aprel 2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 265
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 60
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...