Cümə, 22 Avqust, 2025

Biznes analizi şöbəsinin aparıcı mütəxəssisi vakansiyası


  • Dərc edildi: 28 Mart, 2023 - 10:46
Biznes analizi şöbəsinin aparıcı mütəxəssisi vakansiyası

VƏZİFƏ: Layihələr və məhsulların idarə edilməsi departamentinin Biznes analizi şöbəsinin aparıcı mütəxəssisi
  
VƏZİFƏ FUNKSİYALARI:
-    strateji biznes ehtiyaclarını və müştəri proseslərini öyrənmək, təhlil etmək və təkliflər hazırlamaq;
-    biznes tələblərinin toplanması üçün görüşlər və təqdimatlar keçirmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
-    biznes proseslər üzrə sənədləri, o cümlədən texniki tapşırıqlar, diaqramlar, istifadəçi təlimatları hazırlamaq;
-    biznes proseslərinin təhlilində informasiya texnologiyaları məlumatlarından istifadə etmək;
-    biznes tələblərinə dair həlləri araşdırmaq və təkliflər hazırlamaq;
-    biznes proseslərini davamlı nəzərdən keçirmək, data və statistik analizləri aparmaq və optimallaşdırma üçün tədbirlər görmək;
-    layihələrin və layihə planlarının hazırlanmasında, habelə layihələrin idarə olunmasında iştirak etmək;
-    fəaliyyətin təkmilləşdirilməsi məqsədilə informasiya texnologiyaları sahəsində yenilikləri izləmək;
-    fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
-      ali təhsil;
-      biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
-      Azərbaycan dili üzrə yüksək, İngilis dili və Rus dili üzrə orta səviyyədə dil bilikləri;
-      MS Word, MS Excel, MS Project, MS Visio, SQL üzrə biliklər;
-      BI (power bi, knowage və s.) data modelləri qurmaq bacarığı;
-      Task Management sistemləri ilə işləmə bacarığı (Jira, Redmine, Trello və s.);
-      Mockup, Wireframe, Draw.io alətlərindən istifadə etmək bacarığı.
 
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
-      inkişafa yönümlü və innovativlik;
-      təşəbbüskarlıq və təşkilatçılıq;
-      analitik düşünmə;
-      komanda işi;

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Layihələr və məhsulların idarə edilməsi departamentinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 269
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...