reklam

21/90 Qaydası və Vərdişləri

21/90 Qaydası və Vərdişləri   “Məqsəd qoymaq, görünməyənləri görünən etmək üçün ilk addımdır.” Tony Robbins.   21/90 qaydasının təməlində, vərdiş yaratmaq üçün 21 gün, həyat tərzində daimi dəyişiklik etmək üçün isə 90 gün lazım olduğu düşüncə sistemi dayanır.   21 Gün Qaydasının əsaslandığı Maksvell Maltz 1950-ci illərdə plastik cərrah idi və xəstələri arasında qəribə bir nümunə və ya oxşarlıq hiss etməyə başladı. Dr. Maltz, burun əməliyyatı kimi bir əməliyyat etdikdə, xəstənin yeni üzünü görməyə alışmasının təxminən 21 gün çəkdiyini müşahidə etdi. Eynilə, bir xəstənin qolu və ya ayağı amputasiya edildikdə, Maksvell Maltz qeyd etdi ki, xəstə yeni vəziyyətinə uyğunlaşmadan əvvəl təxminən 21 gün ərzində xəyali amputasiya edilmiş əzaya sahib olduğunu iddia edir.   🎯Bu qayda əsas etibarilə, Dr. Maltzın müşahidələrinə əsaslandığı üçün təsirinin dəqiqliyi mübahisəli olsa da, bir çox sahələrdə bir çox insana fayda verən bir üsul olduğu üçün tətbiq olunmağa dəyər hesab olunur.   📍Məqsədinizi təyin edin Nəyə nail olmaq və ya dəyişmək istədiyinizə qərar verin. Bu şəxsi və ya peşəkar məqsəd ola bilər. Onu planlayıcınıza yazın və ya laptopunuzda saxlayın. Onun sizə göründüyünə əmin olun ki, aktual qalmaq və diqqətinizi hədəfinizə yönəldə biləsiniz.   📍Plan qurun Məqsədinizə çatmaq üçün atacağınız addımları planlaşdırın. Planlarınızda vaxt və tarixləri təyin etmək uğur qazanmaq üçün faydalı yollardır və vərdişlər qazanmağınıza kömək edəcək. Hədəfinizi paylaşdığınız insanlarla planlaşdırmaq, motivasiyalı qalmağın başqa bir etibarlı yoludur.   📍Diqqətinizi cəmləyin Hər şeyi edə bilməzsiniz, diqqəti cəmləmək doğru addım olacaq. Hər dəfə kiçik bir vərdiş yaratmağa diqqət yetirin, zaman keçdikcə böyüyəcək və davamı gələcək.   📍Öhdəlik götürün Əgər vərdiş yaratmaq və nəhayət həyat tərzinizi dəyişmək istəyirsinizsə, hədəfinizə sadiq qalmalısınız. 21/90 qaydası yalnız planınıza ardıcıl sadiq qalsanız işləyir, günlər bir-birini izləməlidir. Etməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzsə, limitlər təyin edin. Məsələn, bir gün istirahət etməlisinizsə, ardıcıl iki günü qaçırmadığınızdan əmin olun.   📍Təkrar edin Tez-tez təkrarlayın! 21/90 qaydası məqsədlərinizə çatmaq, vərdişlər yaratmaq və həyat tərzinizi dəyişmək üçün dəfələrlə istifadə oluna bilər. Kiçik başla amma böyük düşün. Hazırladı: Edumap.az Təhsil Portalı
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az