Bazar, 13 İyul, 2025

Maliyyə nəzarəti və planlama şöbəsində aparıcı və ya böyük mütəxəssis vakansiyası


  • Dərc edildi: 12 Dekabr, 2022 - 17:30
Maliyyə nəzarəti və planlama şöbəsində aparıcı və ya böyük mütəxəssis vakansiyası

“STP-AH” MMC Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı və ya böyük mütəxəssis vakansiyası elan edir.
Tələblər :
-       Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
-       Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
-       Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
-       Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
-       Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
-       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz :
-       Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
-       Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
-       Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
-       Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
-       Maliyyə riskinin müəyyən edilməsi;
-       Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
-       Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
-       Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
-       Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
 
Əlavə məlumatlar :
-       Əmək haqqı razılaşma əsasında;
-       Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
-       İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
-       İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 3331
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 158
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 128
Məktəbəhazırlıq qrup...