Gənclərin nəzərinə!
İlk dəfə keçiriləcək Düşərgə Lideri proqramının iştirakçısı ola bilərsiniz!
Gənclər və İdman Nazirliyi ilboyu keçiriləcək gənclər düşərgələrində iştirak edən gənclərə rəhbərlik edəcək enerjili, məsuliyyətli və motivasiyalı gənc liderlər üçün proqram elan edir. Proqram Türkiyə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Düşərgə lideri" proqramı əsasında təşkil ediləcək.
Liderlik bacarığına güvənirsənsə;
Komandaya ruh verə, gəncləri ilhamlandıra biləcəyinə inanırsansa;
Yeni təcrübə, bilik və dostluqlar qazanmaq istəyirsənsə, “Düşərgə lideri” proqramı məhz sənin üçündür!
Seçilən namizədlər üçün Azərbaycan və Türkiyədə yerli, beynəlxalq mütəxəssislərin iştirakı ilə düşərgə liderliyi, komanda idarəetməsi və kommunikasiya bacarıqları üzrə təlimlər təşkil olunacaq.
Təlimləri uğurla başa vuran namizədlərə rəsmi "Düşərgə Lideri" sertifikatı təqdim ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/JL3cdWHapZnWHJg36
Sual yaranarsa müraciət edin: [email protected]
Son tarix: 1 sentyabr, 2025-ci il
Liderliyini göstər, fərq yarat, gənclərə yol göstər!