Boomerang Agency-də Gücünü Göstər!
VAKANSİYA: Graphic Designer
İş yeri: Boomerang Agency, Bakı
İş rejimi: Tam ştat
Son müraciət tarixi: 13.09.2025
Vəzifə öhdəlikləri:
• Sosial media, outdoor, print və digər kampaniyalar üçün kreativ vizualların hazırlanması
• Brendin vizual kimliyinə uyğun olaraq dizayn materiallarının işlənməsi
• Rəqəmsal və çap formatlarında banner, broşur poster və digər reklam materiallarının hazırlanması
• Satış və marketinq komandası ilə əməkdaşlıq edərək dizayn tələblərinin vaxtında və keyfiyyətli icrası
• Çap və dijital faylların düzgün texniki formatda hazırlanması (şəkil və ya video)
Namizədə tələblər:
• Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
• Yaradıcı düşüncə, estetik zövq və detal yönümlülük
• Tapşırıqları vaxtında, müstəqil və məsuliyyətlə yerinə yetirmək bacarığı
• Portfolionun təqdim olunması mütləqdir
Aşağıdakı proqramlarda peşəkar səviyyədə işləmək bacarığı:
• Adobe Photoshop - əsas
• Adobe Illustrator - əsas
• Adobe InDesign - əsas
• Adobe After Effects və Figma bilikləri üstünlükdür
Biz təklif edirik:
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
• İş vaxtı: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə, bazar
• Dinamik və dəstəkləyici iş mühiti
• Karyera inkişafı və yüksəliş imkanları
• İş yeri Azure Business Center-də yerləşir
Müraciət qaydası:
Zəhmət olmasa, şəkilli CV və Portfolionuzu [email protected] ünvanına göndərin və mövzu yerində “Graphic Designer” qeyd edin